Sabunçuda qanunsuz tikililər sökülür KONKRET

04.04.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 39 ünvanında Osmanov Umurxan Osman oğlunun xüsusi mülkiyyətində olan 0.0710 ha torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla tikinti işlərinin aparılması faktı müəyyən olunub.

KONKRET.az xəbər verir ki, bununla bağlı tikinti sahiblərinə işlərin dayandırılaraq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə bir neçə dəfə xəbərdarlıq edilib.

Lakin, tikinti sahibləri dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymadığından Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə müvafiq tədbirlər görülüb, tikililərin sökülməsinə başlanılıb.

Bildirilib ki, tikililər yaxın günlərdə tamamilə söküləcək.//Qafqazinfo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью