Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ VİDEO

11.06.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxt ərazisində piyadaların yol hərəkəti qaydalarına riayət etməsi ilə bağlı yol polisinin təşkil etdiyi tədbirlər davam edir.

Avtosfer.az xəbər verir ki, növbəti belə tədbir Sabunçu rayonu ərazisində təşkil edilib. Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Zabrat-Kürdəxanı şosesinin rayon ərazisindən keçən hissəsində qayda pozan piyadalarla söhbət aparılıb.

Rayonun müxtəlif küçələrində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.

Həmçinin piyadalar yol-hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, “Yol-hərəkəti haqqında” qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.

Tədbir əsasən insanların sıx hərəkət etdiyi ərazidə təşkil edildiyi üçün uşaqlı valideynlər və yaşlılar yolu yalnız piyadalar üçün nəzərdə tutulmuş hissələrdən keçilməsi tövsiyə olunub.

Şosenin bir neçə hissəsində “zebra” olduğu halda haradan ürəyi istədi yolu keçən şəxslərə cərimələr tətbiq olunub.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью