Sabunçuda QƏTL: 28 yaşlı qadın saxlanıldı

08.06.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. 

Milli.Az xəbər verir ki, 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib. 

Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. N.İbrahimlə Hikmət Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı iddia olunur.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью