Sabunçuda seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə davam edir

30.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 yanvar, AZƏRTAC

27 saylı Sabunçu ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə davam edir.

AZƏRTAC xəbər verir ki, məntəqə sədri İlahə Axundovanın sözlərinə görə, məntəqə üzrə ümumilikdə 1437 seçici qeydə alınıb. Seçicilər məntəqəyə mütəmadi olaraq gəlir və öz iradələrini sərbəst şəkildə ifadə edirlər.

İ. Axundova bildirib ki, bu seçkilərdə ilk dəfə səs verən gənc seçicilər də iştirak edirlər. O, səsvermənin demokratik prinsiplərə uyğun şəkildə, qaydalara tam riayət olunaraq davam etdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью