Sabunçuda Toyota beton maneəyə çırpıldı Ölən var

02.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.
Hadisə zamanı sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью