Sabunçuda yanan evdən 3 nəfərin meyiti tapıldı

18.03.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Axar.az-a bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla, 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью