Icma.az, Moderator.az saytına istinadən bildirir. Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Qəmbər Babayev tanışı Nəsimiyə (ad-soyadla
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
Həmin gün gecə saat 2 radələrində Q.Babayevin yaşadığı bir otaqlı evdə tanışı Nəsiminin onu təhqir etməsi səbəbindən aralarında mübahisə yaranıb.
Mübahisə zamanı o, masanın üzərində olan mətbəx bıçağı ilə Nəsiminin bel, ayaq və hər iki qol nahiyyələrindən bir neçə dəfə vurub.
Q.Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
İfadəsində göstərib ki, Sabunçu qəsəbəsində yerləşən bir otaqlı fərdi evdə bir müddət tanışları Nəsimi və İlqarla birlikdə yaşayıb, münasibətləri normal olub: “Hadisə günü İlqarla kafedə spirtli içki içdik.
Təxminən saat 22 radələrində evə gəldim. Hamama girdim, çıxdıqda Nəsimi, İlqar və qonşuluqda yaşayan bir şəxsin yeyib-içdiklərini gördüm.