Sabunçuda yol qəzası olub, bir nəfər xəsarət alıb VİDEO

10.06.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Ceyhun Şərifov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəbərlə əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1962-ci il təvəllüdlü Hüseynov Elçin Əlövsət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью