Icma.az, Report.az saytına istinadən bildirir.
Bakının Sabunçu rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 1996-cı il təvəllüdlü Əhmədzadə İlkin Abduləhəd oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.