Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri vəfat edib.
Bu barədə Qaynarinfo-ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
"Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb", deyə Mərkəzdən bildirilib.