Sabunçuya elektrik enerjisinin verilişində fasilə yaranacaq

03.12.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq. “Azərişıq” ASC-dən SİA-ya bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sabunçu qəsəbəsinin bir sıra küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə “Azərişıq” ASC-nin yaydığı məlumatda bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью