Sabunçuya elektrik enerjisinin verilişində fasilə yaranacaq AZƏRTAC

03.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 dekabr, AZƏRTAC

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sabunçu qəsəbəsinin bir sıra küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə “Azərişıq” ASC-nin yaydığı məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью