Saç, dəri və dırnaqlar üçün ən lazımlı. Heç nə ilə əvəz edilməyən gül kələm | Icma.az
Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ən faydalı tərəvəzlərdən biri olan gül kələmi C, PP,A, B qrupu vitaminlər, kalium, kalsium, fosfor, maqnezium, dəmir və bir çox digər minerallar, həzm olunmayan qidalı liflərlə zəngindir.
Saglamolun.az sizə bu faydalı tərəvəzi qidalanmaya tez-tez daxil etmək üçün 9 mühüm səbəb təqdim edir. 1.
Gül kələmi bağırsaqların fəaliyyətinə müsbət təsir edir, bağırsaqların mikroflorasını yaxşılaşdırır, həzm sistemində xora və şişlərin əmələ gəməsinin riskini azaldır.
2. Azkalorili gül kələmi arıqlamaq istəyənlər üçün ən qiymətli məhsullardan biridir. 3.
Ürək-damar sistemi üçün faydalıdır, qanda "pis" xolesterolun səviyyəsini aşağı salır. 4.
Fol turşusu ilə zəngin olan gül kələmi qanazlığı olanlar və həmçinin hamilə qadınlar üçün olduqca faydalıdır.
Araşdırmalar göstərib ki, hamiləlik zamanı fol turşusunun qəbulu uşaqda bir çox qüsurların, xüsusilə də sinir sistemi qüsurlarının qarşısını alır.
Tam oxu
Xəbəri oxu