Saç əkdirməyə ehtiyac yoxdur 3 aya tük çıxardır

10.08.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Derma rollinq (mikroiynələmə) proseduru həm dermatoloqlar, həm də evdə dəriyə qulluq edənlər arasında getdikcə populyarlaşır.

Milli.Az xəbər verir ki, bu üsul dəri bərpasını, kollagen və elastin istehsalını stimullaşdıraraq həm də saç və saqqal çıxmasını sürətləndirə bilir.

Küçədə qısa geyinən qıza görə dava düşdü - VİDEO Aparıcı Vüsalə qəzaya düşdü - FOTO Bu bürclərin həyatı tezliklə kəskin dəyişəcək: tale sürpriz hazırlayır

Derma roller dərinin üst qatını (epidermis) mikroiynələrlə yüngülcə deşərək dərinin dermis qatını "təcili bərpa rejiminə" salır. Nəticədə həmin sahəyə qan dövranı artır, kollagen və elastin ifraz olunur, bu da həm dərinin daha hamar görünməsinə, həm də saç follikullarının aktivləşməsinə səbəb olur.

Araşdırmalara görə, derma roller istifadəsi iki əsas mexanizmlə saç çıxmasını dəstəkləyir. Güclü dəri bazası formalaşdırır, epidermisin elastikliyini və sağlamlığını artıraraq saç follikullarının fəaliyyətini yaxşılaşdırır. Passiv saç follikullarını oyadır, dermisdə hüceyrə hərəkətliliyini artıraraq yeni saçların böyüməsini təşviq edir.

1990-cı illərin sonlarında çapıq müalicəsində tətbiq edilən bu texnika sonradan evdə qulluq vasitəsi kimi də yayılıb. Dermatoloqlar bildirirlər ki, derma roller istifadəsi dərman və kosmetik vasitələrin dəriyə hopma faizini də yüksəldir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью