“Saç nümunəmdə aşkarlanan kokain başqasına aiddir”

01.10.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Narkoanaliz nəticəsi müsbət çıxan türkiyəli aktrisa Afra Saraçoğlu məsələyə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sənətçi “Instagram” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, saç nümunəsində aşkarlanan kokain başqasına aiddir.

“Mənə heç gözləmədiyim halda saç nümunəmdə maddə aşkarlandığı bildirildi. Mütəxəssislərdən öyrəndiyimə görə, saç teli olduqca həssasdır və maddə ilə təmas nəticəsində izi saçda qala bilər. İşimlə bağlı iştirak etdiyim izdihamlı tədbirlərdə təmas yolu ilə bu cür izlər qala bilərmiş. Qan və sidik analizlərimin təmiz çıxması da həmin maddədən istifadə etmədiyimi göstərir”, - o qeyd edib.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью