Saç tökülməsi xəstəliyin siqnalı ola bilər

26.01.2026

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Stress, orqanizmdə dəmir çatışmazlığı və B qrupu vitaminlərinin azlığı ilə yanaşı, yüksək hərarətlə müşayiət olunan infeksiyalar, eləcə də statin preparatlarının qəbulu saç tökülməsinə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya müsahibəsində tibb elmləri doktoru, trixoloq Yuliya Qallyamova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, telogen saç tökülməsinin, yəni saç follikullarının vaxtından əvvəl istirahət fazasına keçməsinin əsas səbəbləri əksər hallarda gizli dəmirdefisitli anemiya və qida rasionunda zülal çatışmazlığı ilə əlaqəlidir.

Anemiya zamanı qan zərdabında və sümük iliyində dəmirin miqdarı azalır. Bu isə hemoqlobinin və eritrositlərin - qırmızı qan hüceyrələrinin normal şəkildə formalaşmasını pozur.

"Saçlar zülal və dəmir çatışmazlığına ilk reaksiya verən strukturlardandır. Çünki resurs qıtlığı şəraitində orqanizm ikinci dərəcəli prosesləri "söndürür", - deyə trixoloq izah edib.

Həkim klassik səbəblər sırasında B qrupu vitaminlərinin (B12, B9 və B5) çatışmazlığını, həmçinin qalxanabənzər vəzinin xəstəliklərini də qeyd edir. Daha az nəzərəçarpan amillərə isə yüksək hərarətlə müşayiət olunan infeksiyalar daxildir.

Bundan əlavə, mütəxəssis hormon preparatlarının və sitostatiklərin - bədxassəli hüceyrələrin bölünməsini seçici şəkildə dayandıran dərmanların saçın böyüməsinə və keyfiyyətinə mənfi təsir göstərə biləcəyini də xatırladıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью