Saç tökülməsinə qarş papaq hazırlandı

04.02.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

"KAIST" alimləri Honq Konq Elm və Texnologiya Universitetinin tədqiqatçıları ilə birlikdə qeyri-adi texnologiyaya malik baş geyimi hazırlayıblar.

Axşam.az xəbər verir ki, papağın içərisində infraqırmızı işıq yayan üzvi işıq diodları (OLED) yerləşdirilib və onlar birbaşa saç follikullarına təsir göstərir.

Tədqiqat müəlliflərinin bildirdiyinə görə, bu cür stimullaşdırma baş dərisi hüceyrələrinin qocalma prosesini ləngidir. Laboratoriya şəraitində aparılan sınaqlarda metodun effektivliyi təxminən 92 faiz olaraq qiymətləndirilib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью