Saç tökülməsinin gizli səbəbləri: Hər gün etdiyiniz 5 səhv

16.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Saç tökülməsi, qırılma və ucların haçalanması heç də həmişə yanlış saç baxımı məhsulları ilə bağlı deyil. Bəzən gündəlik etdiyimiz adi hərəkətlər də saçların sağlamlığına ciddi zərər vura bilər.

Moderator.az xəbər verir ki, “Real Simple” nəşri stilistlərin tövsiyələrinə əsaslanaraq saçlara zərər verən beş gündəlik vərdişi açıqlayıb.

1. Yaş saçlarla yatmaq

Yaş saçlar daha həssas olur. Bu vəziyyətdə yatmaq saçın xarici təbəqəsinin zədələnməsinə, ucların haçalanmasına və qırılmasına səbəb ola bilər. Yastığa sürtünmə isə saçların dolaşmasını artırır. Mütəxəssislər yatmazdan əvvəl saçları ən azı qismən qurutmağı və boş hörük etməyi məsləhət görürlər.

2. Yaş saçları daramaq

Saç yaş olduqda daha asan qırılır. Onları güclü şəkildə daramaq və dartmaq zədələnməyə səbəb ola bilər. Stilistlər əvvəlcə saçdakı artıq suyu mikrofiber dəsmalla yumşaq şəkildə almağı, daha sonra geniş dişli daraqdan istifadə etməyi tövsiyə edirlər. Buruq saçları isə uyğun fırça ilə ehtiyatla daramaq lazımdır.

3. Daraq və saç alətlərini təmizləməmək

Daraq və fırçalarda zamanla ölü dəri hüceyrələri, yağ və saç baxımı məhsullarının qalıqları toplanır. Bu çirklər yenidən saçlara keçə bilər. Mütəxəssislər daraqları həftədə bir dəfə ilıq su və yumşaq şampunla təmizləməyi, fen və düzləşdirici kimi alətləri isə müntəzəm olaraq qalıqlardan arındırmağı məsləhət görürlər.

4. Saçları günəşdən qorumamaq

Günəşin ultrabənövşəyi şüaları saçın strukturuna və rənginə mənfi təsir göstərə bilər. Uzun müddət günəş altında qalmaq saçların qurumasına, zəifləməsinə və rənginin dəyişməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün papaq taxmaq və SPF tərkibli saç baxımı vasitələrindən istifadə etmək tövsiyə olunur.

5. Saçları daim sıx yığmaq

Saçları hər gün çox sıx at quyruğu formasında saxlamaq baş dərisinə və saç köklərinə əlavə gərginlik yaradır. Bu vərdiş xüsusilə gicgahlar və saç xətti boyunca tökülməyə səbəb ola bilər. Stilistlər sıx saç düzümlərini boş hörüklər və rahat topuzlarla əvəz etməyi məsləhət görürlər.

Mütəxəssislər bildirirlər ki, saçların sağlamlığını qorumaq üçün yalnız keyfiyyətli qulluq vasitələrindən istifadə etmək kifayət deyil. Gündəlik vərdişlərə də diqqət yetirmək vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью