Saç tökülməsinin qarşısını alan TƏBİİ ÜSULLAR

20.05.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Saç baxımında edilən səhvlər, stres, qeyri-kafi qidalanma və daha bir çox amil saç tökülməsinə səbəb ola bilər. Əgər saç tökülməsi genetik deyilsə, bu vəziyyəti təbii yollarla düzəltmək mümkündür. Çox zaman istifadə edilən kosmetik məhsullar gözlənilən effekti vermir. Amma saç baxımına əlavə edilən təbii üsullar və praktik məsləhətlərlə saç tökülməsinin qarşısını tez bir zamanda almaq olar.

News24.az saç tökülməsinin qarşısını alan təbii üsulları tıqdim edir:

Kokos yağı

Kokos yağı tərkibindəki yağ turşuları ilə saç köklərini qidalandırır, quruluq və qırılmaların qarşısını alır.

    •    Həftədə 2-3 dəfə, yatmazdan əvvəl barmaq uclarınızla masaj edərək saç dərisinə yedirin

    •    Səhər saçınızı yuyun

Bu, saç tökülməsinin qarşısını almaqda olduqca təsirlidir.

Soğan suyu

Soğanın tərkibindəki yüksək miqdarda kükürd saç köklərini stimullaşdırır və yeni saçların çıxmasını təşviq edir.

    •    Bir soğanı sürtgəcdən keçirin və suyunu çıxarın

    •    Bu suyu saç diblərinə çəkin

    •    60 dəqiqə gözləyin və sonra saçınızı yuyun

Bu üsul dövri şəkildə tətbiq edildikdə saç sıxlığını artırmağa kömək edir.

Yaşıl çay

Yaşıl çay tərkibindəki antioksidantlarla saç follikullarını qoruyur, tökülməni azaldır və saçların sağlam uzanmasını dəstəkləyir.

    •    2 paket yaşıl çayı dəmləyin və soyumağa qoyun

    •    Sonra saçlarınıza tökün

    •    20 dəqiqə gözləyin və durulayın

Bu prosedur saçlara güc və parlaqlıq qatır.

Aloe vera

Aloe vera geli saç köklərini nəmləndirir, kəpəyi azaldır və iltihab əleyhinə təsir göstərir.

    •    Saf aloe vera gelini saç dərisinə sürtün

    •    60 dəqiqə saxlayın

    •    Sonra ilıq su ilə durulayın

    •    Bu metodu həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz

Saç tökülməsinin qarşısını almaqda çox faydalı bir üsuldur.

Bu təbii üsullarla saçlarınızı gücləndirə, tökülmənin qarşısını ala və daha sağlam görünüşə qovuşdura bilərsiniz.

Məryəm İlhamqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью