Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Saç tökülməsindən əziyyət çəkən insanların sayı günü-gündən artır.
Bu problemin qarşısını almaq üçün istifadə olunan təbii vasitələrdən biri də palıd qabığıdır.
Milli.az bildirir ki, palıd qabığı saçlara çox müsbət təsir edir - möhkəmləndirir, kəpəkdən azad edir.
Bunun üçün saçlarınızı yuduqdan sonra palıd qabığı dəmləməsi ilə yaxalayın. Bu prosesi uzun müddət ərzində etmək lazımdır.
1 litr qaynar su üçün 5 xörək qaşığı palıd qabığı (ovulmuş halda) götürülür, 30 dəqiqə ərzində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.Saglamolun.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.