Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 27 oktyabr, AZƏRTAC
İsraildə saç düzləşdirici vasitədən istifadə edən qadın xəstəxanaya yerləşdirilib.
AZƏRTAC İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi həmin məhsulla bağlı xəbərdarlıq edib. Bildirilib ki, araşdırma nəticəsində məhsulun müvafiq icazə olmadan satışa çıxarıldığı və İsraildə istifadəsi qadağan edilən qlioksilik turşusu ehtiva etdiyi müəyyənləşdirilib.
Səhiyyə Nazirliyi məhsuldan istifadəni dayandırmağa, onu almamağa və satmamağa çağırıb. Məhsuldan götürülən nümunələr laboratoriya müayinəsinə göndərilib.
Nazirlik qadağan olunmuş maddələr ehtiva edən saç düzləşdirici vasitələrin sağlamlıq üçün təhlükə yarada biləcəyini bildirib.