Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tanınmış müğənni Niyam Salami imicini dəyişməsinin gizli səbəbini açıqlayıb. Qonaq olduğu “İncə Səhər” verilişdə sənətçi bildirib ki, kənddə yaşayan bacısı Hökümə xanım ona kəskin mesaj yazaraq saçını kəsdirməsini tələb edib.
“Yeni Sabah” xəbər verir ki, ailəsinin fikrinə böyük önəm verdiyini deyən ifaçı bacısının iradından sonra dərhal hərəkətə keçdiyini bildirib:
"Bacım mənə yazdı ki, bilmirəm, müğənnisən, nəsən, amma o saçını qırxdır. Kənd yeridir, bəlkə nəsə deyirlər, xəcalət çəkir. Bacımın başı uca olmalıdır, mənim üçün qeyrət-namus ana və bacıdan başlayır. Baş üstə deyib saçımı qırxdırdım və dərhal 12 il əvvəl getdiyim həkimə müraciət edib yenidən saç əkdirdim". Dördpendirli pizza
Masallının Ərkivan kəndindən olduğunu və kökünü unutmadığını vurğulayan Niyam Salaminin bu səmimi açıqlaması sosial şəbəkələrdə böyük maraq doğurub.
Cəlalə Cəlalqızı