Saçınızı ildə 2 dəfədən çox boyamayın, yoxsa... Təhlükə

15.11.2024

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

London klinikalarının birində çalışan professor Kefax Mokbel bildirir ki, saçları tez-tez boyamaq süd vəzi xərçənginin riskini artırır.

Saglamolun.az xəbər verir ki, alimin sözlərinə görə, bunun səbəbi kimyəvi boyaların tərkibində olan ziyanlı maddələrdir.

"Saçları ildə 2 dəfədən artıq boyamaq olmaz. 40 yaşdan sonra qadınlar xüsusilə ehtiyyatlı olmalıdır", - professor bildirib.

Onun müşahidələrinə görə, saçları tez-tez kimyəvi boyalarla boyayan qadınlar saçları boyamayan qadınlarla müqayisədə 14% daha tez-tez süd vəzi xərçənginə tutulur.

Professor saçların boyanması üçün təbii vasitələrdən (xına, basma, çay, qəhvə, çobanyastığı və s.) istifadə etməyə çağırır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью