Saçların tez uzanması üçün. İdeal maska!

17.11.2024

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maya (çörək mayası) saçlara çox yaxşı təsir edir.

Məhz bu səbədən mayanı tez-tez müxtəlif şampunların və saç üçün maskaların tərkibinə daxil edirlər. Ev şəraitində də mayanın əsasında çox təsirli maskalar hazırlamaq olar.

1 xörək qaşığı quru mayanın üzərinə 1 stəkan ilıq kefir əlavə edin və yaxşı qarışdırın. Daha sonra qarışığı 1 saat ərzində isti yerdə saxlayın və sonra saçların köklərinə çəkin. Saçlarınızı sellofanla və dəsmalla örtün. Maskanı 1 saat ərzində saxlayın və sonra saçlarınızı adi qaydada yuyun.

Belə maska saçları daha sağlam və parlaq edir, uzanmasını sürətləndirir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью