Saçların uzanmasını sürətləndirən maska | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır. Xardal tozu ilə olan saç maskaları çox populyar və effektlidir.
Xardal tozu qan dövranını yaxşılaşdırır, saçların follikullarını qıcıqlandırır ki, nəticədə saçlar daha sürətli uzanmağa başlayır.
1 xörək qaşığı xardal tozunu ilıq su ilə qarışdırın (duru sıyıq kimi alınmalıdır).
Yumurta sarısını çalın və xardal kütləsinə əlavə edib yaxşı qarışdırın.
Saçlarınız qurudursa, maskaya 1 xörək qaşığı zeytun və ya ayıpəncəsi yağı əlavə edin.
Maskanı saçların köklərinə massaj hərəkətləri ilə çəkin və birinci dəfə 5 dəqiqə saxlayıb saçlarınızı şampunla yuyun.
İkinci dəfə maskanı 10 dəqiqə ərzində, üçüncü dəfə - 15 dəqiqə ərzində saxlayın. Dəri çox yanırsa, maskanı daha tez yumaq olar.
Maskanı həftədə 1 dəfə etmək lazımdır.Saglamolun.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu