ŞAD XƏBƏR Bu tarixdə möhtəşəm konsert olacaq

22.09.2026

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Azərbaycan səhnəsinin tanınmış sənətçisi Kəmalə “İllərin hesabatı” adlı solo konsert proqramı ilə böyük səhnəyə qayıdır.

Doğru.az xəbər verir ki, konsert 25 noyabr 2026-cı il saat 20:00-da Heydər Əliyev Sarayında keçiriləcək.

Gecədə Kəmalənin illər ərzində sevilən mahnıları ilə yanaşı, yeni bəstələri də səslənəcək. Sənətçini böyük canlı orkestr müşayiət edəcək.

Konsert proqramında xüsusi işıq effektləri, müasir səhnə tərtibatı və sürpriz duetlərin təqdim olunması nəzərdə tutulur.

Musiqisevərlər konsertə biletləri şəhərin kassalarından, həmçinin iTicket.az platformasından əldə edə bilərlər.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью