ŞAD XƏBƏR: TələbəPlus kartının əhatə dairəsi genişləndirilir | Icma.az
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni tədris ilindən etibarən "TələbəPlus" kartının əhatə dairəsi genişləndiriləcək.
Artıq layihə kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə edəcək.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, layihəyə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdirilir.
Hazırda 24 ali təhsil müəssisəsinin 190 mindən çox tələbəsi bu kartdan istifadə edir.
Kart sahibləri restoran, kafe, geyim mağazaları, kitab və dəftərxana dükanları, tibb müəssisələri, əyləncə mərkəzləri və digər sektorlarda güzəştlərdən yararlana bilirlər.
Layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub. Tələbələr isə kartın daha çox gündəlik ehtiyacları əhatə etməsini istəyirlər.
Onların fikrincə, "TələbəPlus" yalnız kafe və geyim mağazalarında deyil, həm də ictimai nəqliyyatda, kitabxanalarda və zəruri xidmət sahələrində güzəştlər təqdim etməlidir.
Tam oxu
Xəbəri oxu