ŞAD XƏBƏR! Yanvar ayının pensiyaları ödənildi KONKRET

13.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

KONKRET.az bildirir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək. (apa)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью