Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ondan əvvəl “Azərsu” ASC-də yüksək vəzifələrdə işləmiş Saday Alıyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.
Dövlət ittihamçısı vəsadət verərək, Saday Əliyevin barəsində olan polisin nəzarətində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını təklif edib. Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunmadığını, məhkəmə baxış iclasının 11 noyabr saat 09:30-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, Saday Alıyev 3 milyon manat mənimsəməkdə ittiham olunur.
Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
52 yaşlı sabiq məmur barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.