Sadə əyləncə hesab etdiyimiz digital oyunlar bu qədər GƏLİR GƏTİRİRMİŞ

16.11.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə təkcə 2025-ci ildə oyun proqramları sənayesindən 3,3 milyard dollar gəlir götürülüb.
Hazırda Türkiyə bu sahədə startap layihələrində dünyanın ən aparıcı ölkələrindəndir.
Azərbaycanda indiyədək nə qədər oyun proqramları yaradılıb, bu sahəyə maraq, startap layihələri varmı?
İT mütəxəssisi, proqram təminatçısı Arif Muxtarovun Bizim.Media-ya verdiyi məlumata görə, Azərbaycanda oyun proqramları sahəsində inkişaf var, startap layihələri – oyun studiyaları artıq mövcuddur və artmaqdadır.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 30-a yaxın professional oyun studiyası mövcuddur:
“2024-cü ildən etibarən ölkədə oyun studiyalarının sayında  40 % artım olub. Dövlət siyasətində də bu sahəyə daha çox diqqət verilir, rəqəmsal inkişaf sahələri çərçivəsində oyun sektoru prioritet sahə kimi tanınmağa başlayıb”.
 

Qeyd edək ki, Almaniyanın bazar və istehlakçı məlumatları üzrə ixtisaslaşmış Statista şirkətinin məlumatına görə, Azərbaycanda oyun bazarının gəliri 2025-ci il üçün ölkədə oyun (digital games) bazarının gəlirinin təxminən 211.75 milyon dollar olacağı proqnozlaşdırılır.


2030-cu ilə qədər proqnozlaşdırılan bazar həcminin 285,58 milyon ABŞ dollarına çatacağı gözlənilir. Oyunlar bazarında istifadəçilərin sayı isə 2030-cu ilə qədər 2,87 milyon istifadəçiyə çatacaq.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью