Sadə qəhvəni nə üçün sevirik?

14.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kaliforniya Universitetinin (UCSF) alimləri acı dadına baxmayaraq sadə qəhvəni zamanla niyə sevdiyimizin sirrini tapıblar.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Nature jurnalında dərc edilən araşdırmaya görə, bu dəyişikliyin arxasında bağırsaq ilə beyin arasında işləyən dopamin mexanizmi dayanır.

Beyin, kofein qəbul edildikdən sonra bağırsaqlardan gələn siqnallarla bazolateral amiqdala (BLA) bölgəsində dopamin ifrazını artırır. Bu proses qəhvənin dadını təsir ilə əlaqələndirərək zamanla həmin dada qarşı sevgi inkişaf etdirir. Online alış-veriş

Həm siçanlar, həm də insanlarda aparılan tədqiqatlar bu mexanizmin qida vərdişlərimizi necə formalaşdırdığını göstərib. Gələcəkdə bu sistemin daha yaxşı anlaşılması insanların qida seçimlərini dəyişdirmək üçün yeni üsulların yaranmasına yol aça bilər.

Cəlalə Cəlalqızı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью