Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəhriyar Əliyevin uzun müddətdi zədədən əziyyət çəkdiyini bilirsiz. Futbolçunun ötən ay İstanbulda olduğunu da xəbər vermişdik.
“Turan Tovuz”un kapitanı “Zirə” ilə oyunu tribunadan izləyirdi.“Football-plus.az” Şəhriyarla əlaqə saxlayaraq son turlarda oynamaq ehtimalının olub-olmadığını öyrənib:“Fərdi məşqləri davam etdirirəm.
Zalda məşq edirəm, yüngül qaçışa başlamışam. Zədəm, demək olar ki, sağalıb. “Kəpəz”lə oyunda meydana çıxmaq ehtimalım var.
Sadəcə, bir oyuna görə həkimlər risk etmək istəmir. Hazırda həkimlərin nəzarətindəyəm.
Komanda ilə məşqlərə başlamamışam”.ƏSƏD SEYİDOV Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.