Sadələşdirilmiş gömrük dəhlizi haqqında Saziş qüvvəyə mindi

30.11.2024

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında ticarəti asanlaşdırmaq məqsədilə sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin qüvvəyə mindiyini bəyan edib.

Moderator.az xəbər verir ki, 2022-ci ilin noyabrında Səmərqənddə imzalanan Sazişin 2024-cü il noyabrın 29-da rəsmən qüvvəyə mindiyi bildirilib.

Bunun daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı olduğu vurğulanıb.

Təşəbbüsün əsas məqsədi türkdilli ölkələr arasında gömrük prosedurlarını sadələşdirmək, rəqəmsal məlumat mübadiləsini genişləndirmək və tranzit müddətlərini qısaltmaqla ticarət axınlarını sürətləndirməkdir. Bu addımın regiondaxili iqtisadi əlaqələrin gücləndirilməsinə mühüm töhfə verməsi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью