Sadettin Saran: Hər sahədə zirvəyə can atırıq

12.03.2026

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fənərbağça"nın prezidenti Sadettin Saran çempionluq yarışı və mövsümün ortasındakı transfer pəncərəsində baş verən hadisələrlə bağlı sensasion açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamalarında deyib:

"Çempionluğa ümidlərimiz var, çox böyük ümidlərimiz var. Zədəli oyunçular qayıdanda tamamilə fərqli bir futbol görəcəyimizə inanıram. Səyahət qadağam qaldırıldıqdan sonra ilk getdiyim yer Milano oldu. Ademola Lookman üçün getdim. Görüş çox yaxşı keçdi. Klub rəsmiləri ilə görüşdük. Sonra tələsik qayıtmalı oldum. Bir həftə sonra zəmanət məktubu istədilər. Hər sahədə zirvəyə can atırıq. Çempionluğa can atırıq. Futbolda da gərgin və çətin bir dövrdən keçirik."

Fərid

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью