Sadio Mane İtaliyaya qayıda bilər

06.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Liverpul"un sabiq hücumçusu, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Sadio Mane Avropaya qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb.

Seneqallı forvardın karyerasını İtaliya çempionatında davam etdirmək variantı var. Manenin xidmətinə "İnter" maraq göstərir. Milan klubu hücum xəttini gücləndirmək istəyir və 32 yaşlı futbolçuya təklif göndərə bilər.

Qeyd edək ki, Mane 2023-cü ilin yayından "Əl-Nəsr"də çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью