Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Sadio Mane yenidən Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Transfermarkt" yayıb.
Məlumata görə, “Mançester Yunayted” və “Liverpul” seneqallı ulduzun vəziyyətini izləyir.
Hər iki İngiltərə klubu 34 yaşlı vingeri mümkün transfer hədəfi kimi nəzərdən keçirir. Mane hazırda Səudiyyə Ərəbistanında çıxış edir və onun Avropaya qayıdışı ilə bağlı ehtimallar son günlərdə yenidən gündəmə gəlib.
Sol cinah hücumçusu daha əvvəl “Liverpul”da uzun illər uğurla çıxış edib və Mersisayd klubunun heyətində Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla bir sıra titullar qazanıb.
Əlisahib İbrahimli