“Sadıq bəy Ağabəyzadə general şərqşünas” kitabı işıq üzü görüb

03.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsi tərəfindən Sadıq bəy Ağabəyzadənin 160 illiyinə həsr olunmuş kitab hazırlanıb. Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

Görkəmli ictimai-siyası xadim, general-şərqşünas Sadıq bəy Ağabəyzadə haqqında məqalələrdən ibarət toplunun ideya müəllifi, redaktoru və nəşrə hazırlayanı Azərbaycan-Polşa Beynəlxalq elmi-mədəni cəmiyyətinin sədri, şöbə müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəylidir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri, həmçinin nazir müavini vəzifələrində çalışan, həmin nazirliyin əsasını qoyan artileriya general-mayoru Sadıq bəy Ağabəyzadə haqqında nüxtəlif illərdə keçirilmiş konfransların materiallarını, eyni zamanda tədqiqat məqalələrini əhatə edir. Polşanın Kral Yan Kazimej adına Lvov Universitetinin Şərqşünaslıq kafedrasının professorunun həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən nəşr 152 səhifədən ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью