Sadiq Qurbanov BMU də Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə çıxış edib VİDEO

10.12.2025

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Mühəndislik Universitetində ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da çıxış edib.

Millət vəkili bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı xaos və parçalanmadan xilas edib və bu günün sabitlik əsasını məhz həmin dövrdə qoyulan siyasi xətt formalaşdırıb.  Məhz Heydər Əliyevin dövlət quruculuğu, iqtisadi inkişaf və gənclərin təhsilinə yönəlik strategiyası ölkənin müasir uğurlarının təməlini yaradıb. 

Millət vəkili çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycanın ona qədərki tarixinə, xüsusilə də 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinə hər zaman böyük hörmətlə yanaşıb. O, həmçinin vurğulayıb ki, türk xalqları tarixi və mədəni bağlarla bir-birinə sıx bağlıdır və gələcəkdə bu birlik daha da güclənəcək. Qurbanovun sözlərinə görə, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də İlham Əliyevi Azərbaycan xalqına layiqli lider kimi təqdim etməsi və onun dövlətçilik yolunu davam etdirə biləcək şəxsiyyət olduğunu göstərməsi olub.

S. Qurbanov əlavə edib ki, Prezident İlham Əliyev bu xətti yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirir. 

"AzPolitika.info"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью