Sadıq Sadıqov: İnanıram ki, “Neftçi” yaxşı nəticələrlə öz əzəmətini qaytaracaq

08.05.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Son turlarda “Neftçi”nin oyununda müsbət dəyişikliklər hiss olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov deyib.

“Neftçi” futbol klubunun keçmiş prezidenti Azərbaycan Premyer Liqasında 50 xalla dördüncü pillədə qərarlaşan “ağ-qaralar”ın mövsümü uğurla başa vuracağına inandığını bildirib: “Bu komanda mənim üçün çox doğmadır. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Bu, tarix, ənənə və illərlə qazanılmış nəticələrlə təsdiqlənib. Son qarşılaşmalarda komanda əvvəlki matçlarla müqayisədə daha yaxşı təsir bağışlayır. Futbolçular meydanda daha istəkli və inamlı oyun göstərirlər. Düşünürəm ki, “ağ-qaralar” mövsümün sonuna qədər uğurlu çıxışını davam etdirəcək”.

O, Bakı təmsilçisinin avrokuboklara vəsiqə qazanmaq şansını yüksək qiymətləndirib: “Azarkeşlər bu komandadan hər zaman böyük uğurlar gözləyiblər. İnanıram ki, “Neftçi” yaxşı nəticələrlə öz əzəmətini və əvvəlki gücünü yenidən qaytaracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью