Sadıq Zərbəliyevin səhhəti necədir? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

28.11.2024

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

Bu barədə Xətai Tibb Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Xalq artisti noyabrın 15-də Mərkəzin Reanimasiya şöbəsinə qəbul edilib.

"Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib. Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью