Sadıqov: “Avrokuboklardan sonra belə tendensiya başlayıb”

20.11.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XII turunun “İmişli” – “Zirə” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– 70-ci dəqiqəyə qədər yaxşı futbol oynayırdıq. 2:0 öndə idik və qol epizodları yaradırdıq. Həmin anda hamı hesabın daha böyük olacağını düşünürdü. Amma 5 dəqiqəyə rəqib geridönüş etdi. Qoldan sonra şansımız olsa da, dəyərləndirə bilmədik. Ssenari fərqli olsaydı, bir xalı qazanc sayardıq. Lakin 2:0 öndə olandan sonra yekunda bərabərlik əldə etmək məyusedicidir. Qol epizodu vermədən iki qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbənin 3-ü də qolla nəticələnib. Növbəti matçlarda bunu dəyişməyə çalışacağıq.

– 4 dəqiqəyə 2 penalti təyin edilirdi. Qərarlarla razısınızmı?
– Epizodlara ətraflı baxmamışıq. Uzun şərh vermək istəmirəm. Penaltinin olub-olmadığını bilmirəm. Son dəqiqələrdə hər xırda epizoda foul verilirdi. Belə qarşılaşmalarda adətən 5-8 dəqiqə əlavə olunur, amma bizim oyunda cəmi 3 dəqiqə artırıldı. Halbuki vaxt itkisi var idi, VAR-a da baxılmışdı… Nəysə. Bunlar nəticəyə yox, oyunun gedişinə təsir göstərən amillərdir.

– Normalda sərt reaksiyalarınızla diqqət çəkirsiniz, ancaq bu dəfə ardıcıl penalti qərarlarında sakit davrandınız…
– Emosiyalara qapılmaq lazım deyil. Komanda daxilində uğursuzluqlar çoxdur. Eyni zamanda matçlarımlzda millimetrlik fərqlərlə həll olunan epizodlar da yaşanır.  Bəlkə də, hazırda 24-25 xalımız olardı. İstər zədələr, istər hakim qərarları nəticələrimizə təsir göstərir. Avrokuboklardan sonra belə tendensiya başlayıb və eyni şəkildə davam edir. Liqada yaradılan qol epizodu sayına görə “üçlük”də olarıq. Çox fürsət qaçırırıq.

– Volkovun epizodunda nə çatmadı, keyfiyyət, ya ustalıq?
– Bilmirəm, başqa epizodları yaxşı dəyərləndirirlər. Bəzən də sadə imkanı boşa verirlər. Müdafiədə də boşluq vermirik, amma heç nədən qollar buraxırıq. Rəqibin geridönüşündən sonra qələbə qazanmaq çətin oldu.

– Milli komandaların nəticələrini necə dəyərləndirirsiniz?
– Ayxan müəllimi təbrik edirəm. Qrup lideri oldular, çox çalışırdılar, istəkli idilər və arzularına çatdılar.

– Emin Mahmudovun karyerasını bitirməsi haqqında nə düşünürsünüz?
– O, ölkə futboluna çox şey qazandırıb. Bombardir kimi millidən getdi. Onun yerini doldurmaq asan olmayacaq. Həmin mövqedə potensiallı gənclərimiz var.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью