futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Zirə” Konfrans Liqasında mübarizəni II təsnifat mərhələsində dayandırıb. “Qartallar” Estoniya təmsilçisi “Payde”yə məğlub olub – 0:1, 1:1.
Komandanın sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında “qartallar”la bağlı fikirlərini bölüşdü:
“Zirə”nin oyunlarına baxdım. Məğlub olacaqlarına inanmırdım. “Payde” əslində, keçiləsi rəqib idi, amma alınmadı. Futbolda bəzən belə hallar olur. Estonlara məğlubiyyət “Zirə” üçün faciə deyil. Onlar da öz çempionatlarının ortabab komandalarındandır”.
“Zirə” ilə bağlı xəbərləri izlədiyini deyən rumıniyalı mütəxəssis həmkarı Rəşad Sadıqovun klubdakı gələcəyindən də söz açdı:
“Zirə”də son dönəmlərdə bir çox futbolçunun ayrıldığını gördüm. Açığı, komandada nə baş verdiyini bilmirəm. Rəşad Sadıqov təcrübəlidir və belə situasiyalarda çıxış yolu tapmağı bacarır. O, komandada qalıb, işinə davam etməlidir. “Zirə” sabit klubdur və inanmıram ki, baş məşqçi dəyişikliyini düşünsünlər. İndiki məqamda onunla yola davam etmək lazımdır. Sadıqov komandanı avrokuboklara daşıyıb. Onun gördüyü işlər danılmazdır”.
Skarlatake 2018-2020-ci illərdə “Zirə”nin formasını geyinib.
Şahin Cəfərov