Sadıqov: “Favorit “Mançester Yunayted” olsa da…”

10.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah” bu gün UEFA Çempionlar Liqasında “Mançester Yunayted”lə qarşılaşacaq.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Sabah”a uğurlar arzu edirəm. Ən güclü komandalar arasında yer alırlar. Hər birimiz “Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyirik. Hamı başa düşür ki, “Old Trafford”da oynamaq hər futbolçuya qismət olmur. Möhtəşəm atmosferdə ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlar. Nə qədər ağır olsa da, məncə, sona qədər mübarizə aparacaqlar. Heç nədən çəkinmək lazım deyil. İnamlı, məsuliyyətli olacaqlarına inanıram”.

Mütəxəssisin “Bayquşlar”ın səfərdə qol vuracağına inandığını söylədi:

“Sabah”ın hədəfi rəqibdən asılı olmayaraq, sona qədər mübarizə aparmaq, nəticə əldə etməkdir. “Mançester Yunayted” məğlubedilməz deyil. Hesab edirəm ki, bu gün “Sabah” qol vura biləcək. Turnirin bombardirləri də bizim komandadadır. Vacib odur ki, rəqibdən çəkinməsinlər. Favorit “Mançester Yunayted” olsa da, hər nəticə mümkündür”.

“Mançester Yunayted” – “Sabah” oyununa saat 23:00-da start veriləcək.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью