Sadıqov: “Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm”

31.01.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Zirə” – “Sabah” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Düşünürəm ki, baxımlı oyun oldu. İlk hissə 0:3 olsa da, futbolçulardan razı idim. Yaxşı imkanlar yarada bilirdik, ancaq dəyərləndirə bilmədik. Belə olan halda, gözlənilməz hesab yarandı. İkinci hissədə oyundan qopmadıq, sona qədər mübarizə apardıq. Fərqi azaltsaq da, oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür edirəm, yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə rəqib imkanlarından belə maksimum yararlanırsa, nəsə etmək çətindir.

– “Zirə” etibarlı müdafiəsi ilə seçilirdi. Bu dəfə arxada səhvlərə yol verdiniz. Bu, nəylə bağlı idi?
– Rəqibin ustalıq səviyyəsini, oyun keyfiyyətini nəzərə almaq lazımdır. Xırda, texniki səhvlərə görə bizi cəzalandırdılar. Taktiki cəhətdən tapşırıqları yerinə yetirməyə çalışdılar. İstəkli idilər. Sadəcə rəqibdə alınırdı, bizdə yox.

– Rəqibin ilk qolunda əllə oyun var idi sanki… Hakimin qərarı oyuna təsir etdi?
– Düşünmürəm. Hakimlikdən danışıb, rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Son zərbələrdə dəqiq oldular və qələbə qazandılar.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью