Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Turan Tovuz”dan ayrılan Filip Ozobiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az-ın məlumatına görə, 35 yaşlı futbolçu “Zirə” ilə danışıq aparır. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov Ozobiçi komandasında görmək istəyir.
Yarımmüdafiəçi artıq iki aya yaxındır klubsuzdur.
Ozobiç karyerası ərzində Rusiyada “Spartak”, Xorvatiyada “Dinamo”, “Hayduk” və “Slaven” kimi klublarda forma geyinib. 2016-cı ildə “Qəbələ”yə transfer olunan yarımmüdafiəçi burda iki mövsüm oynadıqdan sonra “Qarabağ”a keçib.
Ozobiç 2018-2023-cü illərdə “atlılar”da, 2023-2025-də “Neftçi”də, 2025-2026-da isə “Turan Tovuz”da forma geyinib.
Şahin Cəfərov