Sadıqov: “Üstün tərəf biz idik”

04.02.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sumqayıt” – “Zirə” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Üstün tərəf biz idik, hücumlar etdik, qol imkanları yaratdıq. Təəssüflər olsun ki, sadəcə fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Xeyirlisi olsun. Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.

– Noyabrdan qələbə qazana bilmirsiniz. Bu məqam sizdə təzyiq yaradır?

– Xeyr. Bu haqda düşünmürük. Bizim üçün vacib olan oyundan sonra səhvlərimizi analiz edib, o yöndə hansı addımlar lazımdırsa, onu ataq və növbəti matçlarda da daha yaxşı olaq. Bu gün də qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью