futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanlı biznesmen Tufan Sadıqovun oğlu İlya Sadıqov karyerasını Türkiyədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, o, I Liqa təmsilçisi “Serik Belediyespor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Tufan Sadıqov Rusiyanın “Ximki” klubunun keçmiş sahibidir. İlya son olaraq məhz bu komandanın formasını geyinib.
“Serik Belediyespor” azərbaycanlı müdafiəçi Sərtan Taşkını da transfer edib.