Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırdı | Icma.az
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qırğızıstan Prezidenti Sadır Japarov Avropa Parlamentinin deputatlarını ölkənin işlərinə qarışmamağa və orada baş verən hadisələri obyektiv qiymətləndirməyə çağırıb.
Sfera.az xəbər verir ki, S.Japarov bunu Bişkekdə Qırğızıstanın bütün regionlarının nümayəndələrinin 3-cü qurultayında bildirib.
"Biz müstəqil dövlətik, ona görə də bizim proseslərə qarışmaq lazım deyil", - o bildirib.
Bir neçə gün əvvəl Avropa Parlamenti Qırğızıstan Sosial Demokrat Partiyasının (SDPK) lideri Temirlan Sultanbekovu dəstəkləyən qətnamə qəbul edib.
O, iki partiya yoldaşı ilə birlikdə yerli seçkilərdən əvvəl seçiciləri ələ almaqda şübhəli bilinərək həbs edilmişdi.
Bundan sonra partiya seçkilərdə iştirakdan kənarlaşdırılıb. S.Japarov, həmçinin vurğulayıb ki, Qırğızıstan Avropa ölkələrinin təcrübəsini mə
Prezident əlavə edib ki, Qırğızıstan hazırda inkişafın mühüm mərhələsindən keçir.
Tam oxu
Xəbəri oxu