Sadır Japarov Numan Kurtulmuşla görüşüb

28.04.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 28-də Qırğızıstan prezidenti Sadır Japarov ölkəyə rəsmi səfərə gəlmiş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

Prezident iqamətgahında, İntimak-Ordo sarayında danışıqlar mətbuata bağlı keçirilib.

Türkiyə parlamentinin sədri sosial media hesabında Qırğız Respublikasının prezidentinə ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən səmimi qəbula görə təşəkkür edib.

Kurtulmuş bu səfərin Türkiyə ilə Qırğızıstan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Aprelin 28-də Qırğızıstana rəsmi səfəri çərçivəsində Türkiyə nümayəndə heyəti “Ata-Beyit” Milli Tarix-Memorial Kompleksini ziyarət edib.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью