Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aprelin 4-də Qırğızıstan Prezidenti Sadır Japarov Səmərqənddə keçirilən Birinci Mərkəzi Asiya-Avropa İttifaqı Sammitində çıxış edib.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri Antonio Kosta iştirak ediblər.
Japarov yaxın qonşularla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin Qırğızıstanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri arasında sıx əməkdaşlıq regionun təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsində əsas rol oynayır.
“2022-ci ildə biz Özbəkistanla dövlət sərhədinin qanuni qeydiyyatı ilə bağlı tarixi saziş imzaladıq.
Qırğızıstan-Tacikistan sərhədinin uzunluğu artıq tam razılaşdırılıb.